15 oktyabr 2026 12:40
191

SOCAR-ın prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri ilə görüşüb

15 oktyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə nazirə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəfləri barədə məlumat verilib. Şirkətin Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələrdən,  əldə etdiyi nailiyyətlərdən bəhs olunub.

Söhbət zamanı SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.