04 mart 2023 12:34
652

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 42 min 796 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən "İki sahil"ə verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 42 min 796 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 462 milyon 457 min 174 manatdır.