04 mart 2023 14:50
508

Azərbaycan və Türkmənistan gəmiqayırma sahəsində əməkdaşlıq perspektivini müzakirə edib

Bakı Dövlət Gəmiqayırma Zavodu və "Balkan" Gəmi təmiri və Gəmiqayırma zavodunun nümayəndələri ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.

Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən görüşdə tərəflərin hər iki şirkətin imkanları, strukturu, fəaliyyəti və əməkdaşlıq haqqında məlumatla tanış olublar. Görüş zamanı iki ölkənin gəmiqayırma sistemlərinin inkişafına və təcrübə mübadiləsi imkanlarına böyük diqqət ayrılıb.

Bundan başqa, Bakı Gəmirqayırma Zavodunun nümayəndələri Türkmənistan müəssisəsinin istehsalat sahələrini ziyarət edərək onun infrastrukturu, texnikası və avadanlığı ilə tanış olublar.

Görüşün sonunda Azərbaycan tərəfin yaxın zamanda gəmiqayırma sahəsində qarşılıqlı fəaliyyətin tənzimlənməsi üçün gələcək əməkdaşlıq istiqamətində konkret təkliflər hazırlayacağı barəsində razılıq əldə olunub.