Sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının göstərişlərinin oxunması süni intellekt vasitəsilə həyata keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bildirib.
O qeyd edib ki, bu istiqamətdə İB-nin yeni layihəsi artıq paytaxtda tətbiq edilməyə başlanılıb. Proses isə sayğac göstəricilərinin fotosu çəkilməklə həyata keçirilir.
İB-nin nümayəndəsi onu da nəzərə çatdırıb ki, son bir il ərzində ölkə üzrə ümumilikdə 66 min 106 yeni əhali abonentinin qeydiyyata alınıb.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib