04 mart 2023 23:45
448

"Qəbələ"də zədəli futbolçu qalmadı

“Qəbələ” Misli Premyer Liqasının 25-ci turunun “Qarabağ”la oyununa tam heyətlə hazırlaşır.

"İki sahil" klubun saytına istinadən xəbrə verir ki, müdafiəçi Rüfət Əhmədov bərpa prosesini başa vurub. O, komanda hazırlıqlarına qoşulub.

Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" görüşü saat 17:00-da başlayacaq.