2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz azalaraq 360,3 milyon dollara bərabər olub.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin fevral ayında Türkiyə 721,1 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 7,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2022- fevral 2023) Türkiyə 5,4 milyard dollar məbləğində sement və şüşə ixrac edib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub