06 mart 2023 20:46
351

Yevlaxda mini-futbol üzrə rayon turnirinə start verilib FOTO

Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş idarə,müəssisə və təşkilatlar arasında mini-futbol üzrə rayon turnirinə start verilib.

“İki sahil” xəbər verir ki,  Yevlaxda fəaliyyət göstərən idarə,müəssisə və təşkilatlar arasında keçiriləcək mini-futbol üzrə rayon turnirin püşkatma mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Yevlax Gənclər və İdman İdarəsinin məsul şəxsləri və 16 komandanın kapitanları və hakimlər iştirak edib.  

Tədbirdə əvvəlcə müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən nümayəndələr Azərbaycan xalqının böyük xilaskarı Ulu Öndər Heydər Əliyevin Azərbaycanın maraqları naminə həyata keçirdiyi müdrik siyasətdən  geniş bəhs edərək, dahi şəxsiyyətin əbədiyaşar ideyalarının ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətdə əks olunduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev irsi rayonumuzda da layiqincə təbliğ olunur və Azərbaycan gəncliyi Heydər Əliyev yolu ilə işıqlı sabaha doğru uğurla addımlayır. 

Sonda püşkatmanın nəticələrinə əsasən komandalar A, B, C və D olmaqla dörd qrupa bölünüb və hər qrupa 4 kollektiv düşüb.