07 mart 2023 13:59
551

Türkiyədə yeni qaz qovşağının hüquqi bazasının yaradılması sona yaxınlaşır

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Rusiyanın təklif etdiyi qaz ticarəti mərkəzinin hüquqi infrastrukturunun yaradılmasının (hüquqi bazasının yaradılması – red.) sona yaxınlaşdığını bildirib.

Bu barədə “İki sahil” Türkiyənin “Anadolu Ajansı”na istinadən xəbər verir.

Onun sözlərinə görə, qaz ticarəti mərkəzinin yaradılması layihəsi üzrə işlər davam edir və məqsəd – qovşağı bir il ərzində tam istifadəyə verməkdir.

"Bir-iki qanunda da dəyişikliyə ehtiyac var. Bu da önümüzdəki günlərdə Məclisin gündəminə daxil olacaq. Bundan sonra hüquqi infrastrukturunun böyük həcmi tamamlanacaq”, - Fatih Dönməz qeyd edib.