07 mart 2023 14:42
427

"Qaradağ Şüşə Zavodu"nun səhmləri investisiya müsabiqəsinə çıxarılacaq

"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus "Qaradağ Şüşə Zavodu" ASC-nin səhmlərinin 85 %-i investisiya müsabiqəsinə çıxarılacaq.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Özəlləşdirmə şöbəsinin müdiri Əziz Mirzəyev bildirib.

"Artıq özəlləşdirmə komissiyası yaradılıb, investisiya müsabiqəsinin layihəsini hazırlayır, onun məbləğini və şərtlərini müəyyən edir", - deyə o qeyd edib.