Yevlaxda “Gələcək naminə” VCİD İctimai Birliyinin (İB) "Həssas qrupdan olan qadınların iqtisadi səlahiyyətlərinin artırılması üçün icmaların yaradılması" layihəsinin açılış tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirə YAP Yevlax rayon təşkilatı, Yevlax Şəhər İcra Hakimiyyəti, “Gələcək naminə” VCİD İB-i Yevlax KOB İnkişaf Mərkəzi, GİKM-ın Yevlax nümayəndəliyi, Yevlax şəhər Uşaq Gənclər İnkişaf Mərkəzi, Yevlax şəhər Gənclər və İdman İdarəsi və Yevlax şəhər Peşə Təmayüllü Siniflərinin təşkilatçılığı və Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 32 nəfər iştirakçı qatılıb.
Layihənin məqsədi Azərbaycanda qadınların, xüsusən də, yoxsul və sosial cəhətdən təcrid olunmuş qadınların iqtisadiyönümlü səlahiyyətləndirilməsini və müvafiq qərarların qəbul edilməsində iştirakını təmin etməkdir.
Layihə koalisiya formasında icra olunur. Koalisiyada Gələcək Naminə VCİD İctimai Birliyi, Gənc Mühasiblər İctimai Birliyi, Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyəti yer alıb.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzülüb.
Layihə çərçivəsində layihə iştirakçılarının əl işlərindən ibarət sərgi təşkil olunub, sərgidə rəsmilər və layihə iştirakçıları iştirak edib.
YAP Yevlax şəhər təşkilatının sədri Rafiq Əliyev, “Gələcək naminə” VCİD İB-nin sədri Rəvan Cəfərli, Yevlax KOB İnkişaf Mərkəzinin direktoru Lalə Məmmədova, Tərəqqi medallı əməkdar jurnalist Əminə Yusifqızı çıxış edib.
Rəsmi hissə yekunlaşdıqdan sonra peşəkar təlimçilər Tural İsaqov və Nərmin Daşdəmirbəyli tərəfindən Biznesdə qadınlar və Biznes Psixologiyası mövzusunda təlim keçirilib və iştirakçılara "Sahibkar qadın" adlı kitabça təqdim olunub.