07 mart 2023 21:21
366

Biləsuvarın ən yaşlı qadınları ziyarət olunub FOTO

Biləsuvar rayonunun ən yaşlı qadınları ziyarət olunub.

“İki sahil” xəbər verir ki, ziyarətdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı və ictimaiyyət nümayəndələri iştirak edib.

Belə ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun ən yaşlı qadınları 102 yaşlı Əliyeva Balış Rüstəm qızı və 104 yaşlı Kazımova Kübra Cavad qızı ziyarət olunub.