"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Security" MMC-nin direktoru Seyfulla Abbasov vəzifəsindən azad edilib.
“İki sahil” xəbər verir ki, şirkətə rəhbərlik Tehran Babatova həvalə olunub.
Onun vaxtilə Dövlət Sərhəd Xidmətində və ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində çalışdığı bildirilir.
Xatırladaq ki, "ASK Security" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət ASK və onun törəmə müəssisələrinə məxsus qeyri-yaşayış obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və qorunmasını həyata keçirir.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub