YAP Hacıqabul rayon təşkilatı, Hacıqabul rayon Gənclər və İdman İdarəsi və Hacıqabul rayon Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP Hacıqabul rayon təşkilatının Sədr Müavini İsmayıl İbrahimov, Hacıqabul rayon Gənclər və İdman İdarəsinin Rəisi Xalid Rəcəbli, Hacıqabul rayon Dövlət Arxivinin Müdiri Vüsal Nağıyev, Hacıqabul qəzetinin Baş redaktoru Xuraman Hüseynova, rayon Tarix Diyarşünaslıq Muzeyinin Baş Fond mühafizi Nübar Qasımova çıxış edərək Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qadınlara göstərilən yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyev siyasi xəttində gender bərabərliyi məsələlərinin qorunmasından və dövlət idarəetməsində qadınların rolundan söz açdılar.
Tədbirin çay süfrəsi ilə davam etdirildi, sonda rayonun bir qrup fəal qadınlarına Fəxri Fərmanlar təqdim edildi.