“Azərbaycanda 16 Latviya şirkəti bizneslə məşğul olur”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev martın 8-də Azərbaycan və Latviyanın iş adamları ilə görüşündə deyib.
“Ötən il Latviya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb. Azərbaycan Latviyaya 166 milyon ABŞ dolları sərmayə qoyub”, - o bildirib.
İkitərəfli əməkdaşlığın imkanlarından danışan Y.Abdullayev Ələt Azad İqtisadi Zonasını xüsusilə qeyd edib: “Latviya şirkətlərinin Vətən müharibəsi nəticəsində azad edilmiş Azərbaycan ərazilərinin bərpasında iştirakını görməyə şad olarıq”.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub