09 mart 2023 12:52
270

Naxçıvanda obyektlərin 50,6%-də yeni nəsil kassa aparatları quraşdırılıb

2023-cü il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada quraşdırılmış yeni nəsil NKA-ların sayı 73 ədəd olduğu halda, cari ilin 2 ayında 13 dəfədən çox artaraq 980 ədəd təşkil edib.

“İki sahil” xəbər verir ki,  bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, ilin əvvəlində ümumilikdə obyektlərin 3,8 faizində yeni kassa aparatları quraşdırılmışdısa, martın 1-nə bu rəqəm 50,6 faiz təşkil edib.

"Yeni nəsil NKA-nın tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb"- Xidmətdən əlavə edilib.