2022-ci ildə Azərbaycana 11 mln. 749 min dollar dəyərində 64 min 27 ədəd kassa aparatı gətirilib.
"İki sahil” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci illə müqayisədə bu göstəricinin həcmi say baxımından 40% və ya 18 min 501 ədəd, məbləğ baxımından isə 6% və ya 673.3 min dollar artıb. 2021-ci ildə Azərbaycana 11 mln. 75 min dollar dəyərində 45 min 526 ədəd kassa aparatı gətirilib.
Qeyd edək ki, ötən il Azərbaycana gətirilən kassa aparatlarının bir ədədinin idxal qiyməti 2021-ci illə müqayisədə 25% azalaraq 183.5 dollara bərabər olub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycandan 38,45 min dollar dəyərində 72 ədəd kassa aparatları ixrac edilib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub