09 mart 2023 17:45
375

Rayon və kənd yerlərində iqtisadi subyektlərin maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək

Maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın daha da gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının getdikcə yaxşılaşdırılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirilib.

“İki sahil” xəbər verir ki, orta və uzunmüddətli dövrdə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığının qorunması baxımından iqtisadiyyatın şaxələnməsi proseslərinin vacibliyi barədə məsələləri çıxışında önə çəkən Mərkəzi Bankın sədri Taleh Kazımov diqqətə çatdırıb ki, hazırda Mərkəzi Bank tərəfindən maliyyə sektorunun inkişafı üzrə Strategiya hazırlanmaqdadır və həmin strategiyada maliyyə sektorundakı problemlərin həlli istiqamətində prioritet məsələlər əksini tapır. O qeyd edib ki, real sektorda, xüsusilə rayon və kənd yerlərində iqtisadi subyektlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.