Türkiyə 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana kimyəvi maddə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artıraraq 76,9 milyon dollara çatdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.
Fevral ayında Türkiyə Azərbaycana kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz artıraraq 38,7 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalaraq 2,3 milyard dollara bərabər olub.
Bu ilin yanvar-fevral aylarında Türkiyə 4,5 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin yanvar-fevral ayları ilə müqyisədə 0,5 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2022- fevral 2023) Türkiyə 33,5 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub