SOCAR işğaldan azad edilmiş ərazilərin qazlaşdırılması çərçivəsində 4 istiqamət üzrə layihə həyata keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun iclası zamanı SOCAR-ın Qaz-İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə bildirib.
Onun sözünə görə, bu layihələrin icrasına bu il 245 milyon manat vəsait xərclənilməsi planlaşdırılıb. Bu layihələrin ümumi ilkin dəyəri 357 milyon manat həcmində qiymətləndirilir.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib