“Azərbaycan kiçik ölkə olsa da, enerji təhlükəsizliyində böyük rolu var”.
“İki sahil” xəbər verir ki, bunu "Exxon Mobil"in keçmiş vitse-prezidenti Cin Baderşneyder X Qlobal Bakı Forumu çərçivəsində paneldə çıxışı zamanı deyib.
O bildirib ki, hazırda Cənubi Qafqaz və Xəzər ölkələri fərqli bir vəziyyətdədir, bu ölkələr üçün yeni imkanlar yaranıb: “Azərbaycanın böyük qaz hasilatı var və ixrac üçün geniş imkanları var. Cənubi Qaz Dəhlizi vasitəsilə qazın ixracı əhəmiyyətli dərəcədə artıb”.
O həmçinin, Azərbaycanın bərpaolunan enerji potensialını da vurğulayıb.
“Azərbaycanın hidrogen enerjisi ilə bağlı haba çevrilmək imkanı var. Ölkənin külək, günəş, hidro və termal imkanları böyükdür. Və eyni zamanda, enerjinin daşınması üçün nəqliyyat imkanları var və qurulur”, Cin Baderşneyder deyib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub