“Azərbaycan Avropaya təbii qaz ixracını daha da artacaq”.
“İki sahil” xəbər verir ki, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” adlı paneldə energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir deyib ki, Azərbaycan 2027-ci ildən Avropaya qaz ixracını 2 dəfə artıracaq: “Bu ilin yanvarından bu istiqamətdə tərəfdaşlarla işləməyə başlamışıq”.
Pərviz Şahbazov qeyd edib ki, Zəngəzur dəhlizi həm nəqliyyat, həm də enerji dəhlizi olacaq: “Enerjinin bu dəhliz vasitəsi ilə Naxçıvana, Naxçıvandan Türkiyəyə və Avropaya enerji ixrac etməyi planlaşdırırıq”.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub