İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Banqladeş səfirliyinin əməkdaşları ilə görüş keçirilib.
AZPROMO-dan "İki sahil"ə bildirilib ki, hər iki ölkənin istehsal və ixrac etdiyi məhsullar, eləcə də ölkəmizin investisiya imkanlarına dair məlumatlar diqqətə çatdırılıb. Görüşdə tekstil sənayesində əməkdaşlıq, logistika məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, ölkələrimizin sahibkarları arasında əlaqələrin qurulması və genişləndirilməsi məqsədilə vebinarın təşkilinə dair razılıq əldə olunub.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub