Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti Gəncə şəhərində ev tekstil məhsulları və məişət əşyaları istehsal edən “Galaksi” şirkətinə məxsus müəssisələrin fəaliyyəti ilə tanış olub.
KOBİA-dan "İki sahil"ə bildirilib ki, agentliyin İdarə Heyəti müəssisə ilə tanışlıq çərçivəsində sahibkarın inkişaf ehtiyacları ilə də maraqlanıb. Qeyd edək ki, "Galaksi" şirkəti KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən istifadə edib.