12 mart 2023 18:38
307

ABŞ-dan terror təşkilatına ikinci səfər

ABŞ-dan terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-yə ikinci yüksək səviyyəli səfər edilib.

“İki sahil” “CNN Türk”ə istinadən xəbər verir ki, ABŞ Baş Qərargah rəisi general Mark Milleyin ardınca Mərkəzi Qüvvələr Komandanlığı CENTCOM komandiri Maykl Erik Kurilla da terror təşkilatının nəzarətində olan bölgəyə gedib. General Kurilla terror təşkilatı YPG-nin nəzarətində olan “Suriya Demokratik Qüvvələri”nin düşərgələrini və orada yerləşən ABŞ əsgərlərini ziyarət edib.

CENTCOM-un yaydığı məlumatda, ABŞ komandirinin ABŞ əsgərlərini və İŞİD terror təşkilatı ilə mübarizə kontekstində əsas rol oynayan yerləri ziyarət etdiyi bildirilib.

Açıqlamada Kurillanın İŞİD yaraqlılarının ailələrinin yerləşdiyi düşərgələrə baş çəkdiyi də bildirilib.

Kurilla ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Milleydən fərqli olaraq, terror təşkilatının rəhbərləri ilə görüşdüyünü açıqlayıb.

Millinin səfərindən sonra verilən açıqlamada ABŞ Baş Qərargah rəisinin Suriyada yalnız ABŞ əsgərləri ilə görüşdüyü qeyd edilib.

Millinin səfərindən sonra ABŞ-ın Ankaradakı səfiri Ceff Flake Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və izahat istənilib.