28 iyul 2026 02:12
86

Vuçiçi ölümlə təhdid edən şəxs saxlanılıb

Serbiya Prezidenti Aleksandr Vuçiçi ölümlə təhdid edən şübhəli şəxs saxlanılıb.

“İki sahil” Serbiya dövlət televiziyası RTS-yə istinadən xəbər verir ki, sözügedən şəxs müvafiq qərarla istintaq təcridxanasına göndərilib.

Qeyd edilib ki, Kraquyevas şəhərindən olan şübhəli şəxs prezidentə yönəlmiş ölüm təhdidini sosial şəbəkə platforması olan "Facebook"da paylaşmaqda şübhəli bilinərək dindirilib.

Dindirmə zamanı o, qanunla nəzərdə tutulan susmaq hüququndan istifadə edib və müdafiə çıxışı təqdim etməkdən imtina edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Serbiya Prezidenti Aleksandar Vuçiç sözügedən təhdidlə bağlı açıqlama yayaraq özünü təhlükədə hiss etmədiyini bildirib.