13 mart 2023 14:22
350

Mərkəzi Bank investisiya fondunun idarəçisi olan şirkətin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə investisiya fondunun idarəçisi olan şirkətlərin birinin fəaliyyəti üzrə lisenziyası ləğv edilib, bu sahədə çalışan şirkətin sayı 1-ə düşüb.

“İki sahil” xəbər verir ki, bu, “İnvest Az Asset Management” MMC-dir. Şirkət 27 avqust 2013-cü ildən lisenziya alıb.

İnvestisiya fondunun idarəçisi müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxsdir. İnvestisiya fondunun idarəçisi investisiya fondunu səhmdar investisiya fondu və ya pay sahibləri ilə bağlanılmış idarəetmə müqaviləsi əsasında səhmdarların və ya pay sahiblərinin maraqlarına uyğun olaraq idarə edir.

Bununla da investisiya fondunun idarəçisi bir şirkət – “AzFinance Asset Management” MMC qalıb.