13 mart 2023 14:58
341

Energetika naziri XXVI Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək

14-15 mart tarixlərində İstanbulda Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 26-cı Avrasiya İqtisadi Zirvəsi keçiriləcək.

 “İnamsızlığı bitir, əməkdaşlığa başla” devizi altında baş tutacaq tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində energetika nazirinin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar panel sessiyada çıxışı nəzərdə tutulur.