Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İslam Həmrəyliyi İdman Federasiyalarının (İHİF) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr şöbəsinin direktoru Anar Bağırov İHİF-in Səuddiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən növbədənkənar Baş Assambleyada iştirak ediblər.
“İki sahil” xəbər verir ki, MOK-dan bildiriblər ki, tədbirdə İHİF-in prezidenti Şahzadə Abdulaziz Bin Turki Al-Faisal Al Saud və İHİF-in rəsmi nümayəndələri çıxış ediblər.
İHİF-in martın 13-də keçirilən Baş Assambleyasında 2023-cü ilin oktyabr ayında Səudiyyə Ərəbistanında təşkil olunacaq Dünya Döyüş Oyunları ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, İHİF-in vitse-prezidenti Ç.Hüseynzadə, həmçinin İcraiyyə Komitəsinin iclasında iştirak edib, eləcə də toplantı çərçivəsində İHİF-in prezidenti Şahzadə Abdulaziz Bin Turki Al-Faisal Al Saud ilə görüşüb.