27 iyul 2026 22:42
89

DÇ-2026-nın ən yaxşı qolu açıqlandı

2026-cı il dünya çempionatında vurulan ən yaxşı qol müəyyənləşib.

“İki sahil” xəbər verir ki, FİFA-nın keçirdiyi azarkeş səsverməsinin nəticələrinə əsasən, mundialın ən yaxşı qolunun müəllifi Kabo-Verde millisinin müdafiəçisi Sidni Lopes Kabral olub.

O, 1/16 final mərhələsində Argentina ilə oyunda (2:3, əlavə vaxt) 103-cü dəqiqədə fərqlənib. Kabral əvvəlcə Aleksis Mak Allisteri aldadıcı hərəkətlə oyundan kənarlaşdırıb, daha sonra isə topu Emiliano Martinesin qoruduğu qapının yuxarı küncünə göndərib.

Səsvermədə Sidni Lopes Kabral Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov və Haiti yığmasının üzvü Vilson İsidoru qabaqlayıb. İlk "üçlüy"ü məhz bu futbolçular tamamlayıb.

Mükafata namizədlər arasında Kilian Mbappe (Fransa), Lionel Messi (Argentina), Cud Bellinqem (İngiltərə) və Ferran Torres (İspaniya) da yer almışdı.