14 mart 2023 11:15
374

Rusiya ötən il 383 mlrd. dollar dəyərində neft və qaz ixrac edib

Rusiya 2022-ci ildə 383,7 milyard dollar dəyərində neft və qaz ixrac edib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatlar Rosstat və gömrük orqanlarının dərc olunmuş hesabatlarında qeyd olunub.

Rusiyanın 2022-ci ildə bütün postsovet tarixində rekord həcmdə neft və qaz ixrac etdiyi məlum olub. Əvvəlki illə (2021-ci il) müqayisədə artım 43% təşkil edib.