2023-cü ilin yanvar-fevral aylarında Özbəkistandan Türkiyə limanlarına 171 min ton yük daşınıb.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, Özbəkistandan Türkiyə limanlarına edilən bütün daşımalar digər ölkə bayraqlı gəmilərlə həyata keçirilib. 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarına Özbəkistandan heç bir tranzit yük daşınmayıb.
Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyə limanları 27 milyon 551 min 878 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 245 min 391 ton təşkil edib. Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 25 milyon 306 min 487 ton olub. 2023-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 642 min 936 ton transit yük daşınıb.
Bununla yanaşı, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 59 milyon 643 min 642 ton yük qəbul edib.
Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 151 min 820 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 55 milyon 491 min 822 ton təşkil edib. 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarından 12 milyon 145 min 781 ton tranzit yük daşınıb.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub