BMT-nin “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”ndə 2025-ci ilə qədər kiçik və orta müəssisələrin ÜDM-dəki payının 35 faizə çatdırılması hədəflənir.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.
O bildirib ki, bu hədəfə nail olmaq üçün BMT agentliklərindən əsas xahişimiz, kiçik və orta biznesin dəstəklənməsi istiqamətində layihələrin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsidir.
"BMT-nin agentliklərinin və hökumətin bu istiqamətdə səylərinin artırılması gözlənilən əsas hədəflərdəndir. Sənəddə birinci qrup əsas nəticə etibarilə bir nəticəyə köklənib, bu nəticə əmək bazarının layiqli transformasiyası və layiqli əməyə çıxışdır" - Hüseyn Hüseynov əlavə edib.