Cari ilin yanvar-fevral aylarında ölkədə 19 mlrd. 812,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4% çox ümumi daxili məhsul istehsal olunub.
"İki sahil” Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6% azalıb, qeyri neft-qaz sektorunda isə 4,6% artıb.
ÜDM istehsalının 50,3%-i sənaye, 8,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i tikinti, 2,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrinin, 16,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1955,6 manata bərabər olub.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub