Dörd ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 352,1 min və ya 25,1% artıb.
"İki sahil” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu say cari ilin mart ayının 1-nə 1 mln. 754 min olub.
Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 296,8 min və ya 55% artaraq 836,7 min təşkil edib.
Cari ilin fevral ayında qeyri-neft özəl sektorunda aktiv əmək müqavilələrinin sayında 10,4 min artım müşahidə olunub.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub