14 mart 2023 22:14
491

Bəşər Əsəd Rusiyada FOTO

Rusiya Prezidenti Vladimir Putin martın 15-də Moskvada Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparacaq.

“İki sahil” xəbər verir ki,  Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putin-Əsəd görüşündə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, eləcə də Suriyadakı vəziyyətin həlli perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Suriya liderinin ofisinin "Telegram" kanalı Əsədin artıq Moskvaya səfər etdiyi barədə məlumat yayıb.