15 mart 2023 12:26
448

Orta Dəhliz təchizat zəncirinin fasiləsizliyinin təmin edilməsinə imkan yaradır

Orta Dəhliz Asiyadan Avropaya və əks istiqamətdə Şərq-Qərb dəhlizi çərçivəsində yüklərin daşınmasında mühüm rol oynayır.

“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə bu gün Bakıda keçirilən çoxtərəfli görüşdə jurnalistlərə deyib.

Onun sözlərinə görə, Orta Dəhliz Şərq-Qərb istiqamətində yüklərin daşınmasında dayanıqlı marşrutdur.

"Orta Dəhliz təchizat zəncirinin fasiləsizliyinin təmin edilməsinə imkan yaradır və beynəlxalq nöqteyi-nəzərdən rolu artmaqdadır. Bundan başqa, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün bu dəhliz iqtisadi inkişaf baxımından da mühüm rol oynayır. O həmçinin adıçəkilən regionlardakı ölkələrə investisiyaların cəlb olunmasına şərait yaradır, investorlar bu gün bu cür regionlar axtarışındadır", - o əlavə edib.