2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin Bursa şəhərində yerləşən Gemlik limanı 1 milyon 605 min 812 ton yük qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, Gemlik limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 179 min 368 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 426 min 444 ton yük daşınıb.
“2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin Gemlik limanından 55 min 509 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyə limanları 7 milyon 765 min 605 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 245 min 391 ton təşkil edib. Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 25 milyon 306 min 487 ton olub. 2023-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 642 min 936 ton transit yük daşınıb.
Bununla yanaşı, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 59 milyon 643 min 642 ton yük qəbul edib.
Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 151 min 820 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 55 milyon 491 min 822 ton təşkil edib.
2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarından 12 milyon 145 min 781 ton transit yük daşınıb.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub