Bakı şəhərində Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit qaydalarının hazırlanması və tətbiqi üzrə tədbirlər planı protokolunun imzalanması mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Yermek Kojabergenov, Qırğızıstan Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov, Gürcüstanın Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava, Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov və Tacikistan Gömrük Komitəsinin sədri Xurşed Karimzoda imzalayıb.
Qeyd edək ki, Bakı şəhərində Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub