15 mart 2023 17:03
422

“OPEC+” ölkələri kvotalarından geriləməni azaldıblar

Neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmaya əsasən öhdəlikləri olan "OPEC+" ölkələri fevral ayında neft hasilatını sutkada 160 min barel artıraraq, öz kvotalarından geriləməni sutkada 1,7 mln. barelə qədər azaldıblar.

“Kvotası olan 19 iştirakçının ("OPEC+" sövdələşməsi iştirakçıları – red.) gündəlik hasilatı fevralda sutkada 160 min barel artaraq – 38,38 mln. barelə çatıb ki, bu da alyansın real tədarük həcminin hədəf səviyyəsindən geri qalmasını yanvardakı 1,9 mln. bareldən 1,7 mln. barelə qədər azaldıb”.

"İki sahil” xəbər verir ki, bunu IEA mütəxəssisləri hesab edirlər.

"OPEC+" 2020-ci ilin may ayında koronavirus pandemiyasının səbəb olduğu neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9,7 milyon barel azaldıb. 2022-ci ilin avqust ayından etibarən alyans bu ixtisarlardan çıxmaq üçün son mərhələyə keçdi, lakin noyabr ayından hasilatı yenidən azaltdı - avqust ayı üçün mümkün olan maksimum səviyyədən gündəlik 2 milyon barel. Bu qərar 2023-cü ilin sonuna qədər qüvvədədir.