Türkiyə 2023-cü ilin yanvar-fevral aylarında Qırğızıstana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 92 faiz azaldaraq 228,4 min dollara çatdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.
Bu ilin fevral ayında Türkiyə Qırğızıstana polad ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 82 faiz azalldaraq 223,9 min dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 faiz azalaraq 2,2 milyard dollara bərabər olub.
Bu ilin fevral ayında Türkiyə 1,1 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 38,8 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (fevral 2023- fevral 2023) Türkiyə 31,6 milyard dollar məbləğində polad ixrac edib.