16 mart 2023 12:31
305

Azərbaycan qaz hasilatını 4% artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda hasil edilmiş 5,1 mln. ton neftin 4,1 mln. tonu ixraca nəql edilib.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

Məlumata görə, bu dövrdə 4% artımla hasil edilmiş 8 mlrd. kubmetri qazın 4,3 mlrd. kubmetri ixrac olunub.

“Bu ilin yanvar-fevral aylarında operativ göstəricilərə görə hasil edilmiş 5,1 mln. ton neftin 4,1 mln. tonu ixraca nəql edilib. Bu dövrdə 4% artımla hasil edilmiş 8 mlrd.m3 qazın 4.3 mlrd.m3-i ixrac olunub”, - paylaşımda bildirilir.