Bu ilin yanvar-fevral aylarında Azərbaycandan qaz ixracı ötən ilin eyni dövrünə nisbətən 13% artıb.
“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.
Məlumata görə, hesabat dövründə Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub. Bu müddətdə TANAP Türkiyəni 0,9 milyard kubmetr qazla təchiz edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 4,3 mlrd. kubmetr qaz ixrac edilib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub