“AzerGold” QSC-nin fəaliyyətinin ən vacib istiqamətlərindən biri geoloji kəşfiyyat və tədqiqat işləridir.
“İki sahil” xəbər verir ki, Cəmiyyət metal ehtiyatlarının artımına nail olmaq məqsədilə 2022-ci ildə əlvan metallar üzrə 53 min metr və qara metallar üzrə 31 min metr olmaqla, ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici olan ümumilikdə 84.4 min metr dərinliyində buruqqazma işi icra edib.
2017-2022-ci illər ərzində isə əlvan metallar üzrə 252 min metr, qara metallar üzrə isə 53 min metr olmaqla, ümumilikdə 305 min metrdən çox buruq qazılıb.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub