2022-ci il ərzində bankların likvid aktivləri 24% və ya 3.3 milyard manat artaraq 17.2 milyard manata çatıb.
"İki sahil” Azərbaycan Mərkəzi Bankının “Maliyyə Sabitliyi” hesabatına istinadən xəbər verir ki, likvid aktivlərin cəmi aktivlərdə payı 0.5% faiz bəndi artaraq 36.6%-ə çatıb.
Qeyd edək ki, likvid aktivlərin 31%-i dövlət qiymətli kağızları, 29%-i nostro hesablar, 29%-i Mərkəzi Bankda müxbir hesablar, 11.4%-i isə nağd vəsaitlərdə cəmləşib. Bank sistemi üzrə likvid aktivlər fiziki şəxslərin tələbli depozitlərini 3 dəfədən çox üstələyir və hüquqi şəxslərin tələbli depozitlərinin 88%-i əhatə edir.
Xatırladaq ki, il ərzində likvid aktiv kimi saxlanılan dövlət qiymətli kağızların həcmi 81% artaraq 5.4 milyard manat təşkil edib və likvid aktivlərdə xüsusi çəkisi isə 10 faiz bəndi artıb.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub