Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ticarət dövriyyəsi milyard 171 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 9,7% azdır.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Son bir ildə ölkə üzrə ixrac 24,3% azalaraq 4 milyard 520 milyon ABŞ dollar təşkil edib. Əksinə, idxal isə 34,4% artaraq 2 milyard 651 milyon ABŞ dollarına yüksəlib.
Xarici ticarət dövriyyəsinə 1 milyard 869 milyon dollarlıq müsbət saldo yaransa da, bu da ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə az olub.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub