16 mart 2023 17:05
357

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 55%-dən çox artıb

Bu ilin yanvar-fevral ayında Azərbaycan 97 854,6 min ABŞ dolları dəyərində 150 439,57 ton neft məhsulları ixrac edib.

"İki sahil"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 56,3%, həcmi isə 28,32% artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.