Bu ilin yanvar- fevral ayı ərzində Azərbaycan 7 mln. 385.17 min dollar dəyərində 10 min 38.82 ton şəkər ixrac edib.
"İki sahil” Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən şəkərin dəyəri 78.4% və ya 3 mln. 247.19 min dollar, həcmi isə 59.2% və ya 3 min 733 ton artıb. 2022-ci ilin eyni dövründə Azərbaycandan 4 mln. 137.98 min dollar dəyərində 6 min 305.58 ton şəkər ixrac edilib.
Xatırladaq ki, cari ilin yanvar ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.90%-ə bərabər olub.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub