17 mart 2023 09:56
369

Sivaslı azarkeşlər “Fiorentina”nın futbolçusunun burnunu qırdı

Dünən Konfrans Liqası çərçivəsində keçirilən “Sivasspor” – “Fiorentina” görüşündə futboçu döyülüb.

“İki sahil” xəbər verir ki, qonaqların qolundan sonra iki sivaslı azarkeş meydana daxil olub.

Həmin azarkeşlər İtaliya klubunun futbolçusuna xəsarət yetirib. Belə ki, Alessandro Byanko meydandaca döyülüb.

Oyunçunun burnu qırılıb.