"Xanoba" müasir sərhəd-keçid məntəqəsi istər Azərbaycanda, istərsə də Rusiyada digər sərhəd-keçid məntəqələrinin inkişafı üçün nümunə olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk "Xanoba" gömrük postunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə işlər aparılır.
"Biz artıq çoxdan ikitərəfli əməkdaşlıq çərçivəsindən kənara çıxmışıq, yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri işlənməkdədir. Sərhəd məntəqələrinin işində ən son texnologiyanın tətbiqi Şimal-Cənub dəhlizinin inkişafında böyük rol oynayır", - o qeyd edib.