17 mart 2023 17:41
362

Hökumət büdcədə neftin qiymətinə yenidən baxa bilər

Biz son illər neft qiymətini konservativ olaraq 50 dollar götürürük.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov bildirib.

Baş nazir bildirib ki, bu il gözləntilər daha yüksəkdir: “Bu il biz neftin büdcə qiymətini 50 dollardan götürmüşük, amma may ayında bu qiymətdə artım ola bilər”.